Azərbaycan Dövlət İnformasiya Agentliyi

ANAMA: Azərbaycan istehsalı olan 4 ədəd mexaniki vasitə minatəmizləmə fəaliyyətinə cəlb olunur

24.10.2023 [11:27]

Xəbərin mətni

“Made in Azerbaijan” brendi altında istehsal olunan, beynəlxalq standartlara cavab verən 4 ədəd “Revival P” mexaniki minatəmizləmə maşını “İmprotex” Şirkətlər Qrupu tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) təhvil verilib.
Bu barədə ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
Bildirilib ki, agentlik işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarının miqyasının genişləndirilməsi məqsədilə maddi-texniki imkanlarını artırır.