Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçaturyanın məhkəmə prosesi davam edir

24.10.2023 [11:33]

Xəbərin mətni

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezinin cinayət işi üzrə oktyabrın 24-də növbəti məhkəmə iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verirlər.
Onlar V.Xaçaturyanın Meşəlidə və ətraf ərazilərdə öz dəstəsi ilə törətdiyi cinayətlərdən danışırlar.