DÜNYA


HƏMAS-ın israilli girovları azad etməsinin videosu

HƏMAS yaraqlıları Kibbutz Nir Ozdan girov götürülən israilli 85 yaşlı Amiram Kuper və 83 yaşlı Oded Livşitsi azad ediblər.
Oded Livşits "The Times of Israel" qəzetinə müsahibəsinə deyib ki, o, indiyəcən girov kimi harada saxlandığını bilmir. Qadın deyib ki, yaraqlılar onu motosikletə mindiriblər: biri onu arxadan, digəri isə yıxılmaması üçün qabaqdan tutub. O, əvvəlcə Qəzza zolağının cənubundakı Abasan əl-Kəbirə qəsəbəsinə aparılıb, sonra bilmədiyi başqa yerə aparılıb.