Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yağışlı hava Astaranın sitrus bağlarında məhsuldarlığı aşağı salıb

24.10.2023 [15:54]

Xəbərin mətni

Bir neçə gündür Astara rayonunun sitrus bağlarında naringi yığımına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda məhsul yığımı rayonun 30-a yaxın kəndində, əsasən də dağətəyi ərazilərdə aparılır.
Ötən illə müqayisədə bu il məhsuldarlıq çox aşağıdır. Fermerlər deyirlər ki, ötən il bir ağacdan 40-50 kiloqram məhsul götürmək olurdusa, bu il ağaclardan 15-20 kiloqram məhsul yığılır. Səbəb isə yağışlı hava şəraitidir. Yağışlı hava torpaqda rütubəti çoxaldır ki, bu da meyvənin çürüməsinə səbəb olur.