Lənkəranın Vilvan kəndində torpaq sürüşməsi baş verib
24.10.2023 [19:26]
Xəbərin mətni
Lənkəranda yağan intensiv yağışlar Veravulçayın daşmasına səbəb olub və 10-a yaxın ev üçün təhlükəli vəziyyət yaranıb. Vaxtilə 60-65 metr aralıda olan torpaq qatı indi evlərin 10 metrliyinə kimi yaxınlaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, torpaq uçqunu sakinlərin təsərrüfatlarına da xeyli ziyan vurub. Meyvə və sitrus ağaclarına, eləcə də istixanalara ziyan dəyib.