Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ-də atışma zamanı 22 nəfər ölüb, çoxlu sayda yaralı var

26.10.2023 [10:25]

Xəbərin mətni

ABŞ-ın Men ştatının Lyuiston şəhərində qeydə alınan atışma nəticəsində ölənlərin sayı artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Məlumata görə, AR-15 yarımavtomat tüfənglə silahlanmış şəxs şəhərin üç hissəsində insanları atəşə tutub.