DÜNYA
Çin növbəti astronavtları kosmosa göndərib
26.10.2023 [10:57]
Çinin kosmik stansiyasında fəaliyyət göstərmək üçün növbəti pilotlu missiyası kosmosa göndərilib.
AZƏRTAC xəbər verir ki, “Şencou-17” missiyasında astronavtlar (Çində onları taykonout adlandırırlar) Tan Honbo, Tan Şencie və Cian Sinlin iştirak edirlər. Bu, Çinin orbitə göndərdiyi 12-ci pilotlu missiyası, ümumilikdə isə 30-cu missiyasıdır. “Şencou-17” missiyası kosmik stansiyada 6 ay qalan “Şencou-16” missiyasının 3 astronavtını əvəzləyəcək. Elə “Şencou-17” missiyasının heyətinin kosmik stansiyada təxminən 6 ay qalması nəzərdə tutulur. Astronavtlar kosmik stansiyada bir neçə tapşırıq, texniki yoxlama, müxtəlif eksperimentlər həyata keçirəcəklər.
01.12.2023 [01:29]
29.11.2023 [14:27]
27.11.2023 [15:16]
24.11.2023 [21:52]
30.11.2023 [17:06]
30.11.2023 [16:08]
28.11.2023 [15:49]
27.11.2023 [19:33]
30.11.2023 [17:44]
30.11.2023 [16:46]
29.11.2023 [10:28]
28.11.2023 [17:17]
28.11.2023 [17:02]
02.11.2023 [17:33]
02.11.2023 [16:51]