CƏMİYYƏT


Göygöl Milli Parkında canlıların izlənməsi prosesi REPORTAJ

Füsunkar təbiəti və ecazkar mənzərələri ilə hər zaman diqqət mərkəzində olan Göygöl Milli Parkı zəngin flora və faunası ilə də məşhurdur. Milli park ərazisinin 2000 metrə qədər hündürlüyü, müxtəlif bitki formasiyalarının bir-birinə əvəz etməsi və ərazinin ümumi coğrafi mövqeyi burada heyvanlar aləminin də xeyli zənginliyinə şərait yaradıb. Burada sakinlərin yəni heyvanların mühafizəsi və izlənməsi prosesi də yüksək səviyyədə təşkil olunur.