Cocuq Mərcanlıda yeni istehsal müəssisəsi fəaliyyətə başlayıb
30.10.2023 [11:44]
Xəbərin mətni
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni istehsal müəssisəsi fəaliyyətə başlayıb. AZƏRTAC bu barədə Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir. Bu müəssisədə səhiyyə təşkilatları üçün müvafiq geyimlər istehsal olunur. Yeni fəaliyyətə başlayan istehsalat sahəsində Cocuq Mərcanlı kənd sakini olan 8 xanım işlə təmin olunub. Qeyd edək ki, Cocuq Mərcanlı xanımlarının hazırladıqları bu məhsullar ölkənin müxtəlif tibb müəssisələrinə çatdırılır.