CƏMİYYƏT


ANAMA: Ötən həftə 2427 partlamamış hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 23-dən 29-dək Tərtər, Ağdam, Laçın, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 25, tank əleyhinə 56 mina və 2427 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.