DÜNYA


Hindistanda qatar qəzasında 14 nəfər ölüb

Hindistanın Andhra Pradeş ştatında qatar qəzasında ən azı 14 nəfər ölüb, 54 sərnişin xəsarət alıb.
AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, hadisə oktyabrın 29-da axşam saatlarında baş verib. Alamanda və Kantakapel şəhərləri arasında hərəkət edən sərnişin qatarı işıq siqnalına məhəl qoymadan hərəkətini davam etdirib və digər qatarla toqquşub.