Rusiyada məktəbli avtobusu qəzaya uğrayıb
31.10.2023 [11:51]
Rusiya Federasiyasının Başqırdıstan Respublikasındakı məktəbli avtobusu qəzaya uğrayıb, nəticədə yeddi nəfər xəsarət alıb. Bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi xəbər yayıb. Məlumata görə, məktəbli avtobusu Taşkinovo-Neftekamsk yolunda “Lada” ilə toqquşub. Avtobusun içərisində 13-14 yaş arası 10 yeniyetmə olub. Qəza nəticəsində yeddi nəfər xəsarət alıb.