CƏMİYYƏT


CBC telekanalı azərbaycanlıların İrəvandakı tarixi irsi haqqında sənədli film hazırlayıb

CBC telekanalı azərbaycanlıların İrəvandakı tarixi irsi haqqında sənədli film hazırlayıb. Bu məqsədlə telekanalın çəkiliş qrupu bir neçə həftə ərzində İrəvanda olub, Azərbaycan xalqına aid tarixi və mədəni obyektləri sənədləşdirib.
Telekanaldan AZƏRTAC-a bildirilib ki, çəkilişlər əvvəllər Təpəbaşı məscidinin yerləşdiyi, hazırda isə erməni ailələrinin yaşadığı ərazidə aparılıb.
Fransa və Amerika investorlarının məscidin qalıqlarını azərbaycanlıların yaşadığı məhəllə ilə birlikdə sökməyi planlaşdırdığına dair faktlar aşkarlanıb. Çəkiliş qrupu Pənah Xan Makinskinin oğlu Əlixanın evinə, əvvəllər Sərdar məscidinin yerləşdiyi əraziyə də baş çəkib.