CƏMİYYƏT
FHN tərəfindən qanunsuz tikinti işlərinin qarşısı alınıb
01.11.2023 [09:58]
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Belə ki, Bakı şəhərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi və Gəncə şəhəri ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb.
10.09.2024 [14:55]
06.09.2024 [17:05]
06.09.2024 [17:04]
06.09.2024 [11:24]
11.09.2024 [18:37]
10.09.2024 [19:35]
06.09.2024 [16:53]
05.09.2024 [22:36]
10.09.2024 [11:55]
09.09.2024 [23:12]
07.09.2024 [15:33]
06.09.2024 [10:59]
01.09.2024 [19:37]
01.09.2024 [17:53]
07.09.2024 [23:28]