Vaqif Xaçaturyanın məhkəmə prosesində zərərçəkmiş şəxslər və onların hüquqi varisləri ifadə verirlər
01.11.2023 [11:21]
Xəbərin mətni
Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezinin cinayət işi üzrə noyabrın 1-də növbəti məhkəmə iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, məhkəmə prosesində zərərçəkmiş şəxslər və onların hüquqi varisləri ifadə verirlər.
Onlar V.Xaçaturyanın Meşəlidə və ətraf ərazilərdə öz dəstəsi ilə törətdiyi cinayətlərdən danışırlar.