CƏMİYYƏT
Su quyusuna düşən yaşlı qadın xilas edildi
01.11.2023 [15:37]
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Xətai rayonunun Əhmədli qəsəbəsi ərazisində 1 nəfərin su quyusuna düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1938-ci il təvəllüdlü vətəndaş S.Cəfərova fərdi yaşayış evinin həyətyanı sahəsində dərinliyi təqribən 8 metr olan su quyusuna düşərək təhlükəli vəziyyətdə qalıb.
Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələri ilə vətəndaşı quyudan çıxararaq xilas ediblər.
27.11.2023 [15:16]
24.11.2023 [21:52]
24.11.2023 [21:47]
24.11.2023 [18:02]
28.11.2023 [15:49]
27.11.2023 [19:33]
28.11.2023 [14:52]
16.11.2023 [13:57]
27.11.2023 [11:21]
28.11.2023 [17:17]
28.11.2023 [17:02]
28.11.2023 [11:12]
02.11.2023 [17:33]
02.11.2023 [16:51]