CƏMİYYƏT


Vilayət Eyvazov Ağcabədidə sıra baxışı keçirib

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov oktyabrın 31-də və noyabrın 1-də Ağcabədi Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Nazir əvvəlcə Ağcabədi şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Ağdam, Bərdə, Laçın, Zərdab və Ağcabədi şəhər və rayonlarından qəbula gələn 96 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.