Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azad edilmiş ərazilərdə ötən ay aşkarlanmış mina və partlamamış hərbi sursatların sayı açıqlanıb

01.11.2023 [17:51]

Xəbərin mətni

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, oktyabrın 1-dən 31-dək Kəlbəcər, Tərtər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 767 mina, tank əleyhinə 928 mina və 8537 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.