CƏMİYYƏT


Qaxda ölümlə nəticələnən qəza baş verib

Qaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Hadisə Qax şəhəri, Heydər Əliyev prospektində baş verib. Qax rayon sakini, Səbuhi Poladovun idarə etdiyi minik avtomobili hərəkətdə olarkən yolun kənarında dayanan traktorun qoşqusuna çırpılaraq aşıb. Qəza nəticəsində avtomobilin sərnişini, 48 yaşlı Qax şəhər sakini Coşqun Qocayev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.