CƏMİYYƏT


Üçüncü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisinin açılışı olub

Bakı Ekspo Mərkəzində III Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisinin açılışı olub. Açılış mərasimində səhiyyə naziri Teymur Musayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və digər rəsmi şəxslər iştirak edib. “Medinex”-2023"sərgisinə ümumilikdə 14 ölkədən 100 şirkət qatılıb. Sərgidə xarici şirkətlərlə yanaşı, tibbi avadanlıqların aparıcı yerli distributorları, qlobal istehsalçıların tərəfdaşları, eləcə də “Made in Azerbaijan” brendi altında məhsulların yerli istehsalçıları da iştirak edir.