CƏMİYYƏT


Pekində Dünya Gənclərin İnkişaf Forumu keçirilir

Forumun əsas məqsədi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində gənclərin rolunu təşviq etməkdir. Açılış mərasimində çıxış edən Çinin Beynəlxalq Əməkdaşlığın İnkişafı Agentliyinin sədr müavini Den Boçin, UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos, BMT-nin Əhali Fondunun Asiya-Sakit Okean regionu üzrə direktoru Aleksandar Saşa Bodiroza, UNICEF-in “Generation Unlimited” proqramının direktoru Urmila Sarkar və BMT-nin İnkişaf Proqramının ÇXR-dəki təmsilçisi Beate Trankmann beynəlxalq problemlərin həllində gənclərin roluna diqqət çəkiblər.