Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu yolda vəziyyət qarışıqdır, yol nişanının biri dönmək olar deyir, digəri əksini

02.11.2023 [15:58]

Nərimanov rayonu Ağa Neymətulla küçəsindəyik. Burada yol hərəkət nişanı gələn avtomobillərin dönmə əməliyyatı etməsini qadağa edir. Ancaq gördüyümüz mənzərə isə tamamilə fərqlidir. Yolun ortasında çəkilən dairəyə görə avtomobillər rahatlıqla öz dönmə əməliyyatlarını edirlər. Bu da yolda tıxac yaradır.
Müsahibimiz Alı Əhmədov bu küçədəki binaların birində yaşayır. O deyir ki, pik saatlarda burada elə bir tıxac yaranır ki, işdən evə gələndə 15 dəqiqəlik yolu 1 saata gedir.