CƏMİYYƏT


Tibb sərgisində müasir yeniliklər

Ölkəmizdə 3-cü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları (“Medinex”) sərgisi keçirilir. Sərgi həm tibb mütəxəssislərinin yeniliklərlə tanışlığı, həm də biznes əlaqələrinin inkişafı üçün davamlı platforma rolunu oynayır. Qeyd edək ki, sərgiyə ümumilikdə 14 ölkədən 100 şirkət qatılıb. Noyabrın 4-dək davam edəcək tədbirdə tibb sahəsinin önəmli mövzuları barədə fikir mübadiləsi aparılacaq.