CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikililər sökülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
FHN-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi və Novxanı kəndi ərazilərində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.