SİYASƏT


Yenidən qurulan İrpendə Azərbaycan izi

Kiyev vilayətinin İrpen şəhəri Rusiya-Ukrayna müharibəsinin ilk günlərində ən çox ziyan dəymiş yaşayış məntəqələrindən biridir. Şəhər uğrunda ağır döyüşlər zamanı İrpenin 70 faizdən çox hissəsində yaşayış binası, tibb müəssisəsi, məktəb və sosial infrastrukturuna ciddi ziyan dəyib. İlkin hesablamalara görə, şəhərin tam bərpası və yenidən qurulması üçün 1 milyard dollardan çox vəsait lazımdır. Bu gün isə İrpen yenidən qurulur.