CƏMİYYƏT


FHN və “Azərbaycan Dəmir Yolları” birgə təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və “Azərbaycan Dəmir Yolları” QSC Bakı Dəmiryol Vağzalında birgə xüsusi təlim keçirib.Təlim “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmiryol Vağzalında baş verə biləcək fövqəladə hallar zamanı struktur bölmələrin qarşısına qoyulan tapşırıqların operativ həll edilməsi və bu istiqamətdə şəxsi heyətin praktiki vərdişlərinin artırılması, eləcə də qəza-xilasetmə işləri üzrə dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi məqsədilə təşkil olunub. Təlim senarisinə uyğun olaraq, Bakı Dəmiryol Vağzalında paytaxt ərazisində baş vermiş şərti zəlzələnin nəticələrinin aradan qaldırılması əməliyyatının əməliyyat simulyasiyası edilib.