DÜNYA


Nepalda baş verən zəlzələdə ölənlərin sayı 128-ə çatıb

Nepalın qərbində baş verən güclü zəlzələ nəticəsində azı 128 nəfər ölüb, 100 nəfər yaralanıb. Bu barədə “Mint” qəzeti məlumat yayıb. Rəsmilər bir çox dağlıq ərazilərlə əlaqənin kəsildiyi üçün ölü və yaralı sayının artacağını gözləyirlər.