DÜNYA


Pakistanda terror aktı nəticəsində 14 hərbçi həlak olub

Pakistanın Bəlucistan və Xeybər Patunvha əyalətlərində təhlükəsizlik qüvvələrinə qarşı bombalı hücumlar olub.
AZƏRTAC Pakistan KİV-ə istinadla xəbər verir ki, Bəlucistan əyalətində təhlükəsizlik qüvvələrinə aid iki avtomobilə terror hücumu nəticəsində 14 hərbçi həlak olub. Xeybər Patunhva əyalətində isə polis əməkdaşlarına məxsus xidməti mikroavtobusa yaxın yerdə törədilən partlayış nəticəsində 5 nəfər ölüb, 21 nəfər yaralanıb.