Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq səyyahlar Şuşanın tarixi məkanları ilə tanış olublar

04.11.2023 [15:10]

Xəbərin mətni

Dünyaşöhrətli dörd əsas səyahətçilər şəbəkəsindən biri olan “NomadMania” klubunun 26 ölkəni (ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və sair) təmsil edən 50 nəfərə yaxın heyəti Qarabağa və Şərqi Zəngəzura səfər çərçivəsində əvvəlcə Şuşa şəhərinə gəliblər. Xarici səyyahlar Şuşanın tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış olublar.