Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN məktəbdə təlim keçirib

04.11.2023 [21:45]

Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə Bakı şəhəri, Sabunçu rayonu 28 nömrəli tam orta məktəbdə “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.
FHN-in, eləcə də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi nəzəri və praktiki hissədən ibarət təlimin keçirilməsində məqsəd məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.