Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağsu dolaylarında maşın aşıb, iki nəfər ölüb

06.11.2023 [13:02]

Xəbərin mətni

Ağsu dolaylarında maşın yoldan çıxaraq aşıb, iki nəfər ölüb, bir nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Ağsudan Bakı istiqamətində hərəkətdə olan minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb. Yol qəzası nəticəsində avtomobildə sərnişin qismində olan rayonun Cəlayir kəndinin iki sakini hadisə yerində ölüb.