CƏMİYYƏT


AZƏRTAC-ın kollektivi Fəxri və Şəhidlər xiyabanlarını, şəhid jurnalist Məhərrəm İbrahimovun məzarını ziyarət edib

8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşları Fəxri xiyabanı, Şəhidlər xiyabanını və şəhid jurnalist Məhərrəm İbrahimovun məzarını ziyarət ediblər.
AZƏRTAC-ın kollektivi əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.