SİYASƏT


İstanbulda Türk Xəbər Agentlikləri Alyansı yaradılıb

İstanbulda Türk Xəbər Agentlikləri Media Zirvə görüşü keçirilir.

AZƏRTAC xəbər verir ki, “Media və gələcəyə baxışda birlik” mövzusunda baş tutan tədbirdə ölkəmizi Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev təmsil edir.
Tədbirin açılış mərasimində çıxış edən Türkiyənin Anadolu Agentliyinin İdarə Heyətinin sədri və Baş direktoru Serdar Karagöz, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım türkdilli ölkələrlə bağlı xəbərlərin daha geniş miqyasda çatdırılması və səsimizin daha gur eşidilməsi baxımından birliyin vacibliyini vurğulayıblar.