Kiyevdə Şuşa şəhəri Günü və Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
06.11.2023 [20:05]
Xəbərin mətni
Kiyevdəki Səməd Vurğun adına kitabxanada Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin və görkəmli şuşalıların Ukrayna-Azərbaycan münasibətlərinin inkişafında roluna həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Şuşa şəhəri Günü və Azərbaycanın Zəfər Gününə həsr olunmuş tədbirin təşkilatçısı qismində Ukrayna-Türk Mərkəzi çıxış edib.