CƏMİYYƏT


Zaqatalada qaydaları pozan sürücülər aşkar olunub

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən kobud qayda pozuntuları törədən sürücülərin müəyyən edilməsi məqsədilə tədbirlər keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində avtomobillərində konstruksiya dəyişikliyinə yol verən, sürücülük hüququ olmadan, sərxoş vəziyyətdə sükan arxasına əyləşən, dövlət qeydiyyat nişanı yerində olmayan,nəqliyyat vasitələrinə kustar üsulla hazırlanmış pərdələr quraşdıran, təhlükəsizlik kəmərindən istifadə etməyən, avtoxuliqanlıq edən və digər qayda pozuntuları törədən intizamsız sürücülər aşkar olunub.  Onların avtomobilləri müvəqqəti duracağa yerləşdirilib və barələrində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.