Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kəlbəcərdən Şuşaya qədər uzanan şərəfli döyüş yolu - Vətən müharibəsinin iştirakçısı ilə REPORTAJ

07.11.2023 [12:48]

Xəbərin mətni

Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirərkən qəhrəmanlıq dastanı yazan igidlərdən biri də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyata buraxılan hərbi qulluqçusu Orxan Quliyevdir. Onun Kəlbəcərdən başlayıb Şuşaya qədər uzanan şərəfli döyüş yolu ordumuzun “Dəmir yumruq” əməliyyatında göstərdiyi qəhrəmanlıq və şücaətin bariz nümunəsidir.