CƏMİYYƏT


Hökm oxunacaq: Xaçaturyana son söz verildi

Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda Vaqif Xaçaturyanın hüquqlarını müdafiə edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Radmila Abılova çıxış edib.
O bildirib ki, Vaqif Xaçaturyan erməni millətindən olan Azərbaycan vətəndaşıdır. R. Abılova Vaqif Xaçaturyan üçün bəraət hökmünün çıxarılmasını istəyib. Çünki təqsirləndirilən şəxs Mesəli soyqırımı zamanı orada olmadığını bildirib.
Təqsirləndirilən şəxsə son söz verilib. V. Xaçaturyan səhhəti ilə bağlı problemlərinin olduğunu bəhanə edərək, cinayətləri üzərindən atmağa çalışıb.