CƏMİYYƏT


Zabuxa növbəti mərhələdə köçürüləcək sakinlər arasında püşkatma keçirilib

Noyabrın 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın rayonunun Zabux kəndinə növbəti mərhlədə köçürüləcək ailələr arasında püşkatma keçirib. Püşkatmada 174 ailə (661 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, 31-ü ikiotaqlı, 102-ü üçotaqlı, 20-i dördotaqlı, 21-i beşotaqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar. Qeyd edək ki, püşkatmada iştirak edən ailələr noyabrın 16-dan etibarən Zabux kəndinə yola salınacaqlar.