CƏMİYYƏT


DOST İnküziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının Zəfər sevinci

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Zəfər Gününə həsr olunmuş yeni klip-layihə təqdim edib. Mərkəzin təlimçiləri və benefisiarlarının iştirakı ilə Zəfər Mahnısına klip çəkilib. Kompozisiyanı benefisiarlar - Xaliq Şərifov, Səbinə Əsgərova, Nicat Allahyarov, həmçinin Gənc İfaçıların 4-cü Respublika Müsabiqəsində I yerin sahibi Səməd Novruzov, VII Muğam Televiziya Müsabiqəsinin xüsusi mükafatçısı Suma Tapdıqova səsləndirib. Klipin musiqi tərtibatı Rasim Məmmədova məxsusdur. İfaçıları tarda Mərkəzin təlimçiləri - əməkdar artist Şəhriyar İmanov, violonçeldə Orxan Cumayev və İnklüziv Ansamblı müşayiət edib. Klipin çəkilişləri Mədəniyyət Nazirliyi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında aparılıb. Mahnının musiqisi Tərlan Məmmədhüseynov və Elçin Cəfərova, sözləri xalq şairi Sabir Rüstəmxanlıya məxsusdur.