SİYASƏT


Los-Ancelesdə Azərbaycanın Zəfər Günü qeyd olunub

Zəfər Günü Azərbaycanın Los-Anceles şəhərindəki Baş konsulluğunda qeyd olunub.
Konsulluqdan AZƏRTAC-a bildirilib ki, diplomatik nümayəndəlik tərəfindən keçirilən tədbirdə müxtəlif xarici ölkələrin baş konsulları, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, Azərbaycan icmasının üzvləri, həmçinin dost türk, yəhudi, Pakistan və digər icmaların rəhbərləri və nümayəndələri iştirak ediblər.