SİYASƏT
Zəfər Günü Berlində qeyd olunub
09.11.2023 [16:08]
Xəbərin mətni
Noyabr ayının 8-də Azərbaycanın Almaniyadakı səfirliyi Zəfər Günü ilə bağlı Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “Sülh və birgəyaşayış” devizi altında geniş tədbir təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində TRT World kanalının çəkdiyi “Böyük Qayıdış: Qarabağ” adlı film nümayiş etdirilib. Tədbirdə Bundestaqın deputatları, Almaniyanın dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin səfirləri, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri, ümumilikdə 400-ə yaxın qonaq iştirak edib.