CƏMİYYƏT


Ucarda yol qəzası baş verib, xəsarət alanlar var

Ucar-Zərdab avtomobil yolunun Ucarın Lək kəndindən keçən hissəsində yol qəzası baş verib.
AZƏRTAC xəbər verir ki, ilkin məlumata görə, hərəkətdə olan minik avtomobili yola çıxmaq istəyən digər avtomobili vurub. Yol qəzası nəticəsində avtomobillərdə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.