CƏMİYYƏT


Göyçayda XV nar festivalına hazırlıqlar yekunlaşmaqdadır

Noyabrın 11-də Göyçayda dörd illik fasilədən sonra nar festivalı başlayacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edəcək XV festivalda nar və nar məhsullarının satış-yarmarkaları, yerli musiqiçilərin iştirakı ilə konsert təşkil olunacaq, nardan hazırlanan müxtəlif əl işləri nümayiş etdiriləcək.

Səhər saatlarında mərkəzi stadiondan start veriləcək bayram tədbirində dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, ölkəmizdə akkreditə olunan diplomatik korpus təmsilçilərinin, beynəlxalq təşkilatların, diaspor nümayəndələrinin, yerli və xarici iş adamlarının iştirakı gözlənilir.