CƏMİYYƏT


Dələduzlar minlərlə insanın pulunu oyundan mənimsədilər

Asan yolla pul qazanmaq istəyən yüzlərlə insan oyunun qurbanı oldu. Belə ki,  “Pazfarm” insanlara virtual formada taxıl, kartof, qarğıdalı əkərək zəncir marketinqinə əsaslanan pul qazandıran platformadır. İnsanlar bu platformaya daxil olduqları zaman virtual formada əkəcəkləri məhsullar üçün yer satın alırdılar ki, bu ərazi üçün isə onlar oyunun qaydalarına uyğun olaraq təsisçilərinin hesabına pul göndərməli idilər.