Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Laçında sakinlərin işlə təminatı davam edir: təkcə bir kənddə azı 46 müəssisə fəaliyyətə göstərəcək

11.11.2023 [22:09]

Xəbərin mətni

Laçın şəhərində təmir-tikinti işləri ilə bərabər, sosial layihələrin icrası da həyata keçirilir.

Bu barədə AZƏRTAC-a “Bakı Abadlıq Xidməti” MMC-nin memarı Elnur Abdullayev məlumat verib.

Bu ay Laçına daha 75 ailənin qayıdacağının gözlənildiyini bildirən E.Abdullayev deyib: “Ümumilikdə 94 nəfərdən ibarət 21 ailə Zabux kəndinə geri dönüb. İndiyədək Laçın rayonuna 336 ailə, yəni, 1299 nəfər köçürülüb. Bu günədək Laçında 430 nəfər işlə təmin olunub”.

O bildirib ki, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı məşğulluq proqramı çərçivəsində sakinlərin işə qəbulu davam edir. MMC nümayəndəsi deyib ki, Zerti kəndində aqro və sənaye parkı inşa edilib. Təkcə burada 46 müəssisənin fəaliyyəti nəzərdə tutulub. “Artıq bunların bir neçəsi fəaliyyətə başlayıb və 400 nəfərdən çox laçınlı işlə təmin olunub”, - deyə o qeyd edib.