CƏMİYYƏT


Xaçmazda Qudyalçay üzərində tikilən yeni körpünün tirləri atılıb

Xaçmazda Qudyalçay üzərində inşa olunan yeni körpünün beton tirləri dayaqlar üzərinə montaj olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumilikdə 22 ədəd tir çayın kənarlarında və məcrasındakı üç dayaq üzərinə yerləşdirilib. Yeni avtomobil körpünün inşasının noyabrın sonuna kimi tamamlanması nəzərdə tutulub.

İkiaşırımlı yeni körpünün uzunluğu 66, eni isə 15 metr olacaq. Körpüdə piyadalar üçün hərəkət zolağı nəzərdə tutulub.