Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəncədə qəza olub, bir nəfər ölüb

14.11.2023 [10:45]

Hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.Hərəkətdə olan "Opel" ilə "VAZ 2106" markalı minik maşınları toqquşub.Qəza zamanı 1985-ci il təvəllüdlü Ayaz Məmmədov, 1962-ci il təvəllüdlü Məhəd Qasımov,1995-ci il təvəllüdlü Tural Cəfərov xəsarət alaraq TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanasına yerləşdiriliblər. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq Ayaz Məmmədov xəstəxanada vəfat edib.