RƏSMİ


Birinci xanım Mehriban Əliyevanın “Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına müraciəti

Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın noyabrın 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının xanımlarının “Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına müraciəti olub.

AZƏRTAC Birinci xanım Mehriban Əliyevanın müraciətini təqdim edir.

- Hörmətli Əminə xanım,

Hörmətli toplantı iştirakçıları,

İlk növbədə Türkiyə Respublikasının Birinci xanımı, hörmətli Əminə Ərdoğana bu tədbirdə iştirak etmək üçün dəvətinə görə dərin təşəkkürümü bildirirəm.