Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Saxta xəbərlərdən necə qorunmaq olar

15.11.2023 [19:48]

İnternet əsrində insanların informasiya ehtiyacı hərgün artmaqdadır. Az qala hər saniyədə sosial media üzərində yüzlərlə, hətta daha çox xəbər paylaşılır. Saysız informasiya arasında heç şübhəsiz ki, saxta, dezinformasiya xəbərlər də az deyil. Hazırda dünyada bu tip xəbərlərlə mübarizə aparılır, lakin bu heç də asan deyil. 2018-ci ildə aparılan araşdırmalara görə dünyada ən çox dezinformasiyaya məruz qalan ölkə qardaş Türkiyədir, lakin siyahıda Azərbaycan da ilk sıralarda yer alır.