CƏMİYYƏT


APA İnformasiya Agentliyinin yaranmasından 19 il ötür

Azəri-Press Agentliyi (APA) 2004-cü ildə yaradılıb. Agentlik dünyada baş verən önəmli hadisələrlə yanaşı, əsasən, Azərbaycan və Cənubi Qafqazı əhatə edir, “on-line” xəbər xidməti göstərir. Agentlik gündəlik xəbərlərlə yanaşı, video görüntülər, bank renkinqləri, həftəlik və aylıq təhlillər, proqnozlar, xüsusi fotobank təqdim edir. Şirkətin ABŞ, Türkiyə, İngiltərə, Fransa, İran, Rusiya, Gürcüstanda, həmçinin Azərbaycanın bütün bölgələrində müxbir postları var.